Samovar Çayı | Чай из Самовара | Kənd Həyatı

Azərbaycan xalqının məişətində çay süfrəsi arxasında müxtəlif mərasimlərin təşkili özünəməxsus yer tutur. Çay dəstgahı adlandırdığımız bu cür mərasimlər həm də milli adət-ənənəmizə çevirilib. Azərbaycanlıların qonaq qarşılayanda süfrəyə hər şeydən öncə təzə dəmlənmiş çay verməsi təsadüfi deyil. Çay dəmləyərkən isə diqqət yetiriləsi əsas vacib məqamlardan biri istifadə edilən qablar və suyun qaynadılma texnologiyasıdı. Adətən çay keramik və ya çini qablarda dəmlənir. Su isə müxtəlif vasitələrlə – elektrik və ya od samovarlarında, elektrik və ya qaz çaydanlarında qaynadılır. Təzə samovar çayının isə əvəzi yoxdur.
Чай из самовара

Trả lời

Email của bạn sẽ không được hiển thị công khai. Các trường bắt buộc được đánh dấu *